Aşk HikayeleriQayıbova Aytac  

Aşk Mektupları “26 11” VII

Aşk Mektupları

Aşk Mektupları “26 11” VII

VII Məktub

“Heçnə istədiyim kimi olmur fikir verirsən? Bir günüm də beləcə keçdi getdi. Yenə yoxsan. Bu gün də gəlmədin. Gözümdə böyütdüyüm o qəhrəman obrazının kiçildiyini görmək də incidir indi məni..” yazmısan dördüncü məktubunda. Gözündəki, ürəyindəki o şəhzadə büstü niyə bu qədər gözlədi dağılmaq üçün? Dünən səni incidənlər, bu gün məni təngə gətirir, gözümün nuru. Bilirəm ki burda qışqıranlara əhəmiyyət verilmir. Axı…axı sən çox, lap çox qışqırıb, ağlamışdın…

Sənin gözyaşlarına rəhm etməyən bu xaraba, səni o gözyaşlarına boğan mənə rəhm edərmi ki?!

Çətindi, haqlısan, gözümün nuru. Çox çətindi indi hər şey. Bəlkə də dünən bizim üçün bir sabah inşa edə bilərdim. Amma bu gün sadəcə iki qəbir qazmağı bacaran biriyəm…

İndi mənim də, saatlarım keçmir, dəqiqələrlə dərtləşər olmuşam. Xaraba deyə-deyə xaraba qoymuşuq bu zirzəmini fikir verirsən? Qışqıraraq danışmıram deyə əməlli-başlı dəli bilirlər məni.. eh, guya onlar çox ağıllı, çox dürüstdürlər axı.

Kölgə, bilirsən, illərdir ki yuxularımdan da küsgün idin sanki. Həyatımı yoxluğun cəhənnəmə çevirmişdi onsuz da. İndi bir də, yuxularıma əzab verirsən. Get-gedə məni ötürsən, məndən daha çox qəddarsan bu gün sən. Ovucların kimi sızıldayır indi ürəyim. Ovuclarına məlhəm oldumu köçdüyün torpaq? Kəsilib atılan hər dırnağın ömrümə batır indi, gözümün nuru. Hesablayacaq olsam bütövlükdə 5 metr olmayan bu xaraba zirzəmi pozmağa başlayıb bütün əsəblərimi. Yəqinki eşidirsən, görürsən bu dəqiqə məni. Hətta içindən deyirsən ki: ‘ Ay axmaq, gör mənə nələr edib illər ərzində, səni beşcə günə məhv edən bu xaraba?!’. Bilirəm, gözümün nuru, yaxşı bilirəm. Bilirəm ki elə beşcə günə məni məhv edən bu xaraba sənə illər ərzində sayısız dağlar çəkib. Üzümə vurma daha. Onsuz da indi mən o avara, dəliqanlı, dalğaya  bənzər saçları üzünə tökülən Kölgənin sevdiyi Əli deyiləm. Onsuz da viran qoyub getmisən bütün varlığı ilə sadəcə adını unutmayan bu avara Əlini. Dönüb baxsaq o illərə geridə sadəcə həsrət qoymuşuq biz. Görürsən, necə ovsunlamışıq qismətimizi? Bir əl lazımdır bizə, gözümün nuru. Elə əl ki, təkrar yazsın; səni, məni, bizi və ən çox da ikimizi…

Yazar: Qayıbova Aytac

Hikayenin Bölümleri

  1. Bölüm
  2. Bölüm
  3. Bölüm
  4. Bölüm
  5. Bölüm
  6. Bölüm
  7. Bölüm
  8. Bölüm

aşk hikayesi, hikaye, aşk hikayeleri, hikaye oku, hikaye okuma, aşk mektupları, aşk mektubu,

Aytac

Kitap okumayı seven insanlar daha zeki ve daha başarılı olurlar. Bende bu yüzden kitap okumayı sevdirmek istedim bu site ile. Gizli kalmış bütün bilgilerin kitaplarda saklı olduğuna inandığımdan, kültür seviyemizi yükseltmek, bilgi hazinemizi daha da zenginleştirmek, gizli yeteneklerin ortaya çıkmasına destek olabilmek için, okusun yazsın benim ülkemin insanları diye bir işin ucundan tutmak isteyen birisiyim.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu