Güzel Bir Hikaye ‘Bir Eslim Varmış’ 6. Bölüm
(Son nəfəs)
O qədər çətin şeylər yaşamışdı ki, bundan sonra onu necə qınaya bilərdim axı mən. Hələ çox kiçik yaşlarından dünyanın yükünü balaca çiyinləri üstündə gəzdirmiş biriydi o. Böyüsə belə yıxılan, yanan, əzilən, yanılan tərəf olmuşdu o…
Son söhbətimizdən 1 həftə keçmişdi və yenə ara bir söhbət edirdik. Onu çox yormaq istəmirdim çünki, öskürəkləri çoxalmışdı. Nəfəsi çox çətinliklə alıb-verirdi. Gözlərindəki işıltı sönmüşdü sanki, həm də gün keçdikcə arıqlayırdı.
Bu gün çox fərqli gün olacaqmış sən demə…
Otağına girəndə onu ilk dəfə idi ki, otağında görmürdüm, hətta pərdəni aralamayan o insan bu gün pəncərələri açmışdı. Pəncərənin yanına gedəndə kiçik bir kağız parçası tapdım.
“Bu gün çox gözəldir, Qayın ağacı da həmçinin…” yazılmışdı.
Yəqin etdim ki, həyətdəki o qocaman ağacı ziyarətə gedib. Bəli yanılmırdım, aşağı düşəndə onu qocaman Qayın ağacıyla söhbət edərkən tapdım. Sən heç çıxmazdın otağından, nəyə borcluyuq bunu, demişdim ki, “Bu gün son gündü” -dedi mənə…
Nəyin sonuydu?, nə üçün, kim üçün sonuydu? Beynim tamam qarışmışdı sanki. Biraz sonra danışmağa başladı:
“Məni bu dispanserdə tək başa düşən sən oldun, məni az da olsa tanıyıb, keçmişimi, həyatımı bilən də, tək sənsən. Bilirəmki, əvvəllər mənə yazığın gəlirdi, ancaq, indi məzlumam gözündə. Mən heç vaxt həqiqətləri öyrənə bilməyəcəm. Əslimin qarşısına çıxıb “Niyə? Niyə axı? Niyə məni bu cür vurdun?” deyə soruşa bilməyəcəm. Bəlkə onu bağışlayıb, möhkəm sarılmaq keçəcək ürəyimdən ancaq bunu da edə bilməyəcəm. Mən gedirəm….
Dayan! Diqqətlə qulaq as mənə. Əgər mümkün olsa bir gün sən get ona. Mənə açıb danışacağı hər nə varsa sənə danışsın. Sən də gəlib məzarımda mənə danışarsan…
Bir də,,,, ona deyərsənki…..”
Bu cümlələri deyərkən çox çətinlik çəkmişdi. Hər öksürdükcə ağzından qan gəlməyə başlayırdı artıq.. Nə qədər çalışsam da, onu otağına ya da həkimin yanına getməyə razı sala bilmədim. Tək bir söz dedi mənə ki, bu sözlə donub qaldım yerimdəcə.
“Bax gör necə gözəl görünür.. “
Qorxmağa başladım çünki göstərdiyi tərəfdə heçnə yox idi. İstədim deyəm ki, axı orda heçnə yoxdu, mənə imkan vermədi danışmağa.
“Narahat olma, dəli olmamışam. Sənin onu görə bilmədiyini bilirəm. Keşkə görə bilsəydin. Onda bircə dəqiqə belə qalmaq istəməzdin burda. Anam, illərdi yuxuma belə gəlməyən anam da, ordadı. Səsini eşidə bilirsən? Mən əvvəl anamı yuxuda görəndə ona tərəf qaçmaq istəyirdim, ancaq o mənə “Hələ çox tezdir, oğlum. Sən orda qalmalısan” deyərdi. İndi həvəslə çağırır məni. Çox darıxıb deyəsən mənim üçün….”
Anlamışdım son anlarını yaşadığını. İncitmək istəmirdim onu.
O qədər məsumlaşmışdı ki, sanki günlərlə anasından ayrı düşüb, sonra anası gələndə qucağına qaçan körpə uşaq olmuşdu. Sanki, uşaqlığına enmişdi Aslan. Artıq ətrafa reaksiya vermirdi. Və mən əsl şoku o an yaşamışdım:
Sükut:
“ – Aslan: Niyə bu qədər gec gəldin?
+ Qeybdən gələn səs: Mən heç vaxt zamansız gəlmirəm. Sənin vaxtın indi tamam olur.
-Aslan: Mən çox əziyyət çəkdim bu dünyada, hələ də çəkirəm. Bəs orda, orda da bu qədər çətinlik çəkəcəm?
+ Qeybdən gələn səs: Bilirəm izləmişəm bütün yaşadıqlarını. Narahat olma səni bu dünyadan, bu insanlardan alıb aparacam. Onlar anlamadılar səni, özlərinin olmayan bu yer üzünü sənə cəhənnəm etdilər. Ancaq səni aparacağım yer belə deyil. Orda əziyyət çəkməyəcəksən.
-Aslan: Bəs Əslim? Axı onu necə görəcəm orda?
+ Qeybdən gələn səs: Bu qədər şeylərdən sonra hələ də, Əslimi düşünürsən?
-Aslan: İnanaraq sevmişdim onu. O mənə xəyanət etməzdi…
+ Qeybdən gələn səs: Vaxtı çatanda Əslimi sənə gətirəcəm narahat olma. Orda ayrı qalmayacaqsan sevdiyindən.
-Aslan: Söz verirsən mənə?
+Qeybdən gələn səs : Söz verirəm.
-Aslan: Onda dayanma, vaxt itirməyək tez apar, bu dünyadan tez qopar məni….
+Qeybdən gələn səs : Bu dünyada etməli olduğun son şeyi də et, gedək…”
Danışırdı və bəlkədə suallarına cavab da tapırdı ancaq, mən heçnə başa düşmürdüm. Az öncə yarımçıq qalan cümləsini tamamlamağa çalışdı..
“ Bir də, ona deyərsənki, mən hələ də ölümünə sevirəm onu ölümünə və ölümümə…”
Aslan artıq çox çətinliklə nəfəs alırdı ovcunu açdı və əlindəki kağızı mənə uzadıb, “Bilirəm sənə çox əziyyət vermişəm. Ancaq, bu son xahişimdi səndən. Haqqını halal elə…”
Səsim batmışdı və danışa bilmirdim artıq. Son nəfəsində ovcuma sığışdırdığı kağızı açmağı aylar sonra bacara bilmişdim…. Artıq Aslan yox idi və o kağız çox şeyləri dəyişəcəkdi deyə düşünürdüm….
Yazar: Qayıbova Aytac
Hikayenin Bölümleri
hikaye, hikaye oku, hikaye okuma, hikaye örnekleri, azerbaycan, azerbaycan hikayeleri, aşk, aşk hikayesi, kısa hikaye, kısa aşk hikayesi,