Aşk HikayeleriQayıbova Aytac  

Güzel Bir Hikaye ‘Bir Eslim Varmış’ 3. Bölüm

Güzel Bir Hikaye

Güzel Bir Hikaye ‘Bir Eslim Varmış’ 3. Bölüm

Otağa daxil olduğum zaman gözlərimin şişib, qızardığından xəbərsiz idim. Danışmayacağını bilsəm belə mən danışmaq istəyirdim bu dəfə. Çünki ondan yaxşı heç kim qulaq asa bilməzdi mənə. Hər kəs özünü bilmiş kimi aparır, ilk cümləmi bitirən kimi ağıl verməyə başlayırdı və bu məni narahat edirdi. Odur ki, sadəcə dinlənməyə ehtiyacımın olduğunu bilirdim, anlayış gözləməsəm belə. Və mən o gün ikinci dəfə həyatımın şokunu yaşayacaqdım. Bilmirəm məni bu qədər dağınıq gördüyü üçünmü ya yazığı gəldiyi üçünmü bir addım atdı.

Əslində  onu da, qınamıram çünki hər zaman ona belə dayanma, həyat dəvam edir, sağalacaqsan, hər şey yaxşı olacaq deyən məni ilk dəfə bu halda görürdü. Oturub hər şeyi danışmağa hazırlaşırdım ki, birdən astaca dilləndi…

“Mən “şəhər” sözünün ancaq radiolarda, kasetlərdə eşidildiyi çox ucqar bir kəntdə dünyaya gəlmişəm.

Baxmayaraq ki, kənd üçün ən yaxşı imkana sahib olan insan mənim atam idi, ancaq, heç vaxt təhsildən, kitabdan ya da hər hansı bir müasirlikdən danışa bilməzdik. 5 qızdan sonra doğulan evin 6-cı övladıydım. Atam imkanlı olmağından savayı çox da qəddar idi. Mənim anam mənim gözlərimin qabağında öldü…

Doğumu səbirsizliklə gözlənən uşaq olsam da, heç vaxt qayğı görmədim. Tək sevən vardı məni o da, atam tərəfindən hər gün döyülə-döyülə son nəfəsini odun sobasının maşasını qanıyla yuyan anam idi. Heç vaxt bilmədim atamın anamdan nə istədiyini, nəyi verib ala bilmədiyini. Anam rəhmətə gedən zaman hələ çox balacaydım, ancaq, o kiçik əllərimlə anamın saçlarına sığal çəkərək sonra tərpənmədiyini görüb yaxasını silkələyərək onu oyatmağa çalışdığımı heç vaxt unutmadım. Hər dəfə bir “Ana” deyə çağırışımda harda olsa harayıma çatan anam artıq özümü öldürsəm belə gəlməyəcəkdi. Zaman keçdi və mən nifrətlə böyüdüm, ancaq, heç vaxt ağlıma gəlməzdi ki, atam ona olan nifrətimi canımdan çox sevdiyim ikinci qadını da məndən almaqla  son həddə çatdıracaq…”

Sonrasında yenə də susdu və çox soruşub, yalvarsam da bir cümlə xaricində heçnə demədi. Lakin, o bir cümlə belə məni bu gün ikinci dəfə yıxmağa kifayət etdi.

“Bir gün xəbər gəldi ki, sevdiyim qız ögey anam olub…”

Yazar: Qayıbova Aytac

Hikayenin Bölümleri

  1. Bölüm
  2. Bölüm
  3. Bölüm
  4. Bölüm

hikaye, hikaye oku, hikaye okuma, hikaye örnekleri, azerbaycan, azerbaycan hikayeleri, aşk, aşk hikayesi, kısa hikaye, kısa aşk hikayesi,

Aytac

Kitap okumayı seven insanlar daha zeki ve daha başarılı olurlar. Bende bu yüzden kitap okumayı sevdirmek istedim bu site ile. Gizli kalmış bütün bilgilerin kitaplarda saklı olduğuna inandığımdan, kültür seviyemizi yükseltmek, bilgi hazinemizi daha da zenginleştirmek, gizli yeteneklerin ortaya çıkmasına destek olabilmek için, okusun yazsın benim ülkemin insanları diye bir işin ucundan tutmak isteyen birisiyim.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu