Aşk HikayeleriQayıbova Aytac  

Aşk Mektupları “26 11 (Yirmialtı Onbir)” III

Aşk Mektupları

Aşk Mektupları “26 11 (Yirmialtı Onbir)”

III Məktub

Hər keçən gün daha çox yandırırlar burda canımı. Neçə saat keçib bilmirəm, amma istəmədiyim halda saatlarla yatızdırırlar məni. Dünən belə idi, bu gün belədi və sabah da belə olacaq bu. Bəs hələ neçə saat beləcə dəvam edəcək? Etməyəcək, Əli. Bir gün daha sabah açılmayacaq; mənim üçün, bizim üçün bitəcək bütün sabahlar. Sənin sabahların dəvam edərkən mənim dünənlərim çökəcək üstünə. Qorxuram, Əli, mənim keçmişimin sənin gələcəyinə kölgə salmağından qorxuram. Bizim sizə əngəl olacağımız qorxusu çöküb canıma. Bir də sənin ‘siz’ olacağın düşüncəsi məhv edir məni. Yarımçıq qalmış bir cümlənin abzası kimiyəm indi. Başlanğıc var amma sonu məlum deyil, sonu yoxdu, sonu olmayacaq. İtirilmiş əlyazmayam indi. Sonu olan amma heç kimə məlum olmayan. Varlığı bilinmədiyi üçün axtarılmayan, axtarılsa da tapılmayan o əlyazmadan fərqim yoxdu indi, Əli. Ümidim hər keçən gündə yoxluğunun selinə düşüb boğulur. Zərrə-zərrə azalıram,azalan hər hissəmdə bir xatirən baş qaldırır uşaqlığımızdan. Sonra sarılır boğazıma o illər. 6 ilin hər günü, hər saatı bir yara açır bədənimdə. Olmazları sevmişəm səndə, alınmazları, mümkünsüz olan hər şeyi. Fikir verirsən sən də?!

Elə bil sonuncu dikandan sonra kövrəkləşmişəm. Əvvəl qanadı qırıq bir kuş kimi çırpınırdım bu xaraba zirzəmidə. İndi ürəyimdə hiss edirəm o qırıq qanadın sızıltısını. Dünən bilirsən nəyi gördüm? Sən uşaqkən daha cəsarətli idin. Məni hər kəsdən, hər şeydən qorumağı bacaran, cəhd edən, çalışan idi. Amma indi bu qədər əziyyətlərə rəğmən sadəcə donub tamaşa edirsən mənə. Bəzən bu qədər soyuqqanlı dayanmağın qorxudur məni. Sanki içində gizləndiyin o divardan fərqin yoxdu. Uzaqlar yaxın, yaxınlar əlçatmaz olarmış. Əvvəllər əlimin çatmadığı hər yerdən səsim çatan kimi qaçıb gələn o uşağa bu gün əlimin altında olan divarlardan keçib toxuna bilmirəm. Görəsən indi hardadı həqiqət? Görəsən harda yuva salıb yalanlar. Görəsən indi kim var yanında, kimi qoymusan yerimə? Unutmuşam sənə deməyi, kəsilən yanım tək dırnaqlarım deyil. Saçlarımı da kəsiblər burda. Sən ən çox saçlarımı sevərdin yadındadı? Bilirsən nəyi xatırladım, saçlarımı hörmək üçün gedib anandan saçın necə hörüldüyünü soruşmuşdun. O da “Ay bala, sən niyə kişi işlərini öyrənmirsən, sənin nəyinə lazımdır axı saç necə hörülür?” demişdi. Yenə də necə olmuşdusa bacarışdın, Əli. Axı sənin bacara bilməyəcəyin, istəyibdə edə bilməyəcəyin heçnə yoxuydu. Bəs indi niyə bu xarabada tək tənhayam mən? Gəlmək istəsən, məni burdan aparmaq istəsən aparardın. Deməli daha məndən əl çəkmisən elə? Yorğunam, Əli, o qədər yorğunam ki, canımın ağrıları qalıb bir kənarda ömrümə sancılan oxlar sıxır məni. Səndən sonrası sıxır məni. Səndən sonrası dediyimə baxma, əslində səndən sonrası quru, soyuq zirzəmiləri xatırladan qaranlıqdan başqa bir şey deyil. Acizlikdi bu, yorğunluqdan keçib sanki, mənimki, səninki və bizimki. Kaş bircə biləydim ki heç olmasa sən yaxşısan. Kaş heç olmasa bircə dəfə görə biləydim səni. Necə görünürsən indi, saçların yenəmi eni formada qırxılır yoxsa daha uzadırsanmı? Yaxud saqqalın varmı, ya da yenə məndən uzundumu boyun?

Nə dəyişsə də bilirəm ki bircə gözlərin dəyişməz. Bəs görəsən baxışların eynimi qalıb? Səsin həmin səsdirmi? Bəs sözlərin yenə o vaxtki kimi sadəcə mənəmi aitdi? Gör yenə nə çox danışdım. Görürsən, çox şey dəyişsə də, bircə çox danışmaq adətim eyni qalıb. Yenə də nəfəs almadan ard-arda suallar verirəm. Həmişə mənə bircə buna görə əsəbləşərdin sən. “Niyə bu qədər çox sual verirsən sən? “ deyib, deyinərdin. Kaş yenə deyinsən. Kaş yenə yanımda olsan….

Yazar: Qayıbova Aytac

Hikayenin Bölümleri

  1. Bölüm
  2. Bölüm
  3. Bölüm
  4. Bölüm
  5. Bölüm
  6. Bölüm
  7. Bölümhikayesi, hikaye, aşk hikayeleri, hikaye oku, hikaye okuma, aşk mektupları, aşk mektubu, aşk, sevgi,

Gülten AJDER

Kitap okumayı seven insanlar daha zeki ve daha başarılı olurlar. Bende bu yüzden kitap okumayı sevdirmek istedim bu site ile. Gizli kalmış bütün bilgilerin kitaplarda saklı olduğuna inandığımdan, kültür seviyemizi yükseltmek, bilgi hazinemizi daha da zenginleştirmek, gizli yeteneklerin ortaya çıkmasına destek olabilmek için, okusun yazsın benim ülkemin insanları diye bir işin ucundan tutmak isteyen birisiyim.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu