Aşk HikayeleriQayıbova Aytac  

Aşk Mektupları “26 11”

Aşk Mektupları

Aşk Mektupları “26 11”

I Məktub

“Gəl nağıl danışım sənə. Elə nağıl ki başdan sonacan ikimizdən söz düşsün. Yuxularda başlayan bir nağıl, yuxularla dəvam edən və bəlkə də bir gün elə yuxularda sonlanacaq olan bir nağıl. Nöqtəsi, nidası sən olan, vergülü, sualı mən qalan, üç beş səhifəyə baş qaldıran və uzandıqca uzanan bir nağıldan söz açaq. Yaxşı, nə vaxtsa bezəndə, yorulanda bir neçə dəqiqəlik başımızı götürüb qaçaq. Amma sonra yenə qayıdaq bir-birimizə. Bu yolun sonu olmasın heç, bu nağılın vərəqlərinə cızma-qaralar kölgə salmasın. Gəl, gəl zərrə-zərrə toxuyaq səadət xalçamızı.

Gəl, ilmə-ilmə naxışlar vuraq xəyallarımıza. Sözlərimizi, cümlələrimizi hətta durğu işarələrimizi belə ehtiyatla seçək. Gəl, ömür kitabımızı birlikdə nəşr edək səninlə. Zamana buraxmayaq ikimizi, zaman sahib çıxmasın hisslərimizə. Biz zamana sahib çıxaq, biz zamanla toplayaq bütün qırıb tökdüklərimizi. Zamanın vəfası bizim xatirələrimizi kül edib, xəyallarımıza səddlər çəkməsin. Bizim vəfamız zamanın riyakarlığına dərslər keçsin qoy. Qoy zaman keçdikcə əvəzləməsin biri-birini, eyvanımızdan keçən yad insan kölgələri. Küçəmiz də sadiq qalsın qoy, ikimizin küsüb-barışmaqlarımıza, getsək də tezcə dönüb geri qayıtmaqlarımıza. Gəl birlikdə gülək bütün dünyaya və onun yalanlarına, yamanlarına, əyrilərinə, oyunlarına və eləcə də bütün yarımçıq qalanlarına, gəl birlikdə ağlayaq. Bu sevdaya başqası ağlamasın bizim üçün. Mən sənə ağlayım hər gün, sən mənə ağla. Sonra gəl yenə biz silək bir-birimiz üçün kirpiklərimizdən dodaqlarımıza yol salan göz yaşlarımızı. Gəl birlikdə yola salaq onları, arxalarınca bircə su tökmək çıxsın yadımızdan. Unutmasaq da unutmuş kimi davranaq. Xatırlatmayaq bir-birimizə bu kiçik yalanımızı. Tək yalan bu olsun həyatımızda. Tək həqiqət biz olaq, başdan-başa xəyanət üstündə qurulan bu yalan dünyada. Ölüm olmasın bizim nağılımızda, ayrılıq olmasın. Sonsuzluqla cığır salaq başqa bir aləmə. Dövr edək bütün kainatları bircə-bircə. Heç bitməyək, heç getməyək bir-birimizdən. Dünənlərini dünənlərimə bağla, bu günlərini bu günlərimə pay et, sabahlarını sabahlarıma bağışla. Gəl hərəmiz ömrümüzdən bir parça qoyaq bu qumar masasına. Qoy uduzan sənlə mən, qalib gələn biz olsun. Qoy bundan sonra bu həyata öyüt verən ikimizdən tək iz qalsın. Adlarımız çəkildikdə qoy bütün şəhərin gözləri dolsun. İmkan verək bu ucsuz-bucaqsız, xaraba dünyada heç olmasa bircə nağılımız olsun….”

Yazar: Qayıbova Aytac

Hikayenin Bölümleri

  1. Bölüm
  2. Bölüm
  3. Bölüm
  4. Bölüm
  5. Bölüm
  6. Bölüm
  7. Bölüm

Gülten AJDER

Kitap okumayı seven insanlar daha zeki ve daha başarılı olurlar. Bende bu yüzden kitap okumayı sevdirmek istedim bu site ile. Gizli kalmış bütün bilgilerin kitaplarda saklı olduğuna inandığımdan, kültür seviyemizi yükseltmek, bilgi hazinemizi daha da zenginleştirmek, gizli yeteneklerin ortaya çıkmasına destek olabilmek için, okusun yazsın benim ülkemin insanları diye bir işin ucundan tutmak isteyen birisiyim.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu