Aşk HikayeleriQayıbova Aytac  

Aşk Mektupları “26 11” IV

Aşk Mektupları

Aşk Mektupları “26 11” IV

IV Məktub

Heçnə istədiyim kimi olmur fikir verirsən? Bir günüm də beləcə keçdi getdi. Yenə yoxsan. Bu gün də gəlmədin. Gözümdə böyütdüyüm o qəhrəman obrazının kiçildiyini görmək də incidir indi məni. Son vaxtlar yaman kövrək olmuşam.

Bilmirəm xatırlayarsanmı, əvvəllər çox kobud, küməyin nə olduğunu bilməyən balaca aqressiv, davakar qız idim mən. Sonra sən gəldin, yoxa çıxdı o dəlisov balaca qız və o öz yerini küsəyən qızcığaza əmanət edib ərşə çəkildi. Və indi bu zirzəmidə qışqırıb, öz-özünə danışan qadın o qızcığaza, o əmanətə sahib çıxa bilmədi. Görürsən necə dəhşətdi? Kaş saçlarım uzun olsaydı yenə, assaydım özümü onunla bu zirzəminin ən qaranlıq nöqtəsindən. Kaş bədənimə yeridilən dikanlarla yox da saçlarıma atdığın sığallarla yuxuya getsəydim. Kaş gözümü hər yumanda nə vaxt öləcəyimi deyil də, sənin bir gün gələcəyini və bizim nə vaxtsa xoşbəxt olacağımızı xəyal edə bilsəydim.  Bu həyatda bir səni bu qədər çox gözlədim mən, bir də ölümü…

Görəsən cəsarətin çatarmı “Bir gün mütləq qayıdacam, gəlib səni də aparacam” deyib, çıxıb getdiyin gecədən sonra yaşadıqlarımı dinləməyə? Çatmaz, Əli, çatmaz. Onsuz da gün gələcək səni mənə gətirən yollar məni səndən aparacaq. Onsuz da bu hərflərin gücü çatmayacaq bizi eyni nağılın sətirlərində birləşdirməyə. Bir gün bütün durğu işarələri kifayətsiz qalacaq hisslərimin yanında və eşitdiklərinin yaratdığı qasırğanın dağıntılarında. Indi heçnə çatmayacaq köməyimizə. Səsim gəlməyəcək daha qulaqlarına. Suallarım yormayacaq səni. O gün boğulacaqsan sən də, bu gün mənim boğulduğum kimi.

İllərcə çəkdiklərimin hesabı sənə və bu dünyaya ağır gələcək. O gün yorulacaqsan sən də. Sonra dəvam edəcək həyatın qaldığın yerdən.

Yox, yox, nə danışıram mən? Deyəsən havalanıram daha. Axı sən mənim qisasımı almamış rahat nəfəs ala bilməzsən elə? De ki elədi. De ki həqiqətən də dəyişən hər şeyə rəğmən bircə mənə olan hisslərin dəyişməyib. De ki həqiqətən də alacaqsan qisasımı bu dünyadan. De ki yenə də sevəcəksən, əzizləyəcəksən məni…

Yazar: Qayıbova Aytac

Hikayenin Bölümleri

  1. Bölüm
  2. Bölüm
  3. Bölüm
  4. Bölüm
  5. Bölüm
  6. Bölüm
  7. Bölüm

 

 

 

aşk hikayesi, hikaye, aşk hikayeleri, hikaye oku, hikaye okuma, aşk mektupları, aşk mektubu,

Gülten AJDER

Kitap okumayı seven insanlar daha zeki ve daha başarılı olurlar. Bende bu yüzden kitap okumayı sevdirmek istedim bu site ile. Gizli kalmış bütün bilgilerin kitaplarda saklı olduğuna inandığımdan, kültür seviyemizi yükseltmek, bilgi hazinemizi daha da zenginleştirmek, gizli yeteneklerin ortaya çıkmasına destek olabilmek için, okusun yazsın benim ülkemin insanları diye bir işin ucundan tutmak isteyen birisiyim.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu