Kısa HikayelerQayıbova Aytac  

Köynəyin Payız Qoxusu

hikaye

Köynəyin Payız Qoxusu

Gözü dolan insanın gülümsəmək məcburiyyətində qalmasından böyük çarəsizlik yoxdur bəlkə də. Hisslərini, xatirələrini, yaşanmışlıqlarını basdırmaq, heçnə yoxmuş kimi davranmaq, xoşbəxtmiş kimi görünmək və daha nələr nələr ömrümüzü yavaş-yavaş yonur. Biruzə versəniz bir dərd, verməsəniz bir çöküntü. Ya batırırsınız ya da batırsınız. Vicdan əzəbı deyilən duyğu heç vaxt tərk etmir sizi. Heçnəsiz hər şeyi özünüzə yük edirsiniz. Keşkələr, bəlkələr ömürmüzün sonuna dək boğazımızdakı düyün olur.

“Bu yarayı ancak çekenler bilir

Yüreğini dağlayınca anlarsın

Dolu vurur , sel götürür bağını

Boz bulanık çağlayınca anlarsın” (M. Eroğlu)

Bir də getmək var. Gedənlər, itənlər, bitənlər var. Hər gedişin ardınca gözlərini boş, tozlu küçələrə dikənlər var..

Hər tanış musiqidə, hər sim səsində xatirələrin cingiltisilə ürəyinin ritmi birləşənlər var. Yaxınındakıların uzaqlığı, uzağındakının kölgəsinin gözlərinə hasar çəkdiyi, qəlbinə qıfıl vurduğu ancaq yenə də gülümsəməli olan üzlər var. İllərə, edilən haqsızlıqlara və dəfələrlə təkrarlanan gedişlərə rəğmən hələ də adı çəkiləndə əlləri əsən, kirpikləri titrəyən, nəfəsi daralan insanlar var…

“Bayqu həsrət çəkdi, yara yetmədi,

Təbib nеştər vurdu, yara yetmədi,

Yazıq Ələsgər, əlin yara yеtmədi,

Çalxan qəm bəhrində, dе bir üz, bir üz.” (A. Ələsgər)

Asılsız qalıb asılı qərar verənlər olur məsələn. Çarə axtarışında çarəsizliyə düşən, düşdüyü üçün deyil də başqalarını eyni çarəsizliyə düçar etmək istəmədiyi üçün hər gecə sübhədək gözyaşları ilə qüsul tökənlər olur. Hər kəsi anlamağa çalışdığı təqdirdə heç kəs tərəfindən anlaşılmayan, çox güclü göründüyü halda toxunsan əriyib bitəcək insanlar olur…

“Mən sənə can dedim, sən də mənə can,

Alış eşq oduna, mənim kimi yan,

Adım Aşıq Abbas, yerim Tufarqan,

Gahdan ağla, gahdan yada sal məni.” (A. A. Tufarqanlı)

Yazar: Qayıbova Aytac

hikaye oku, hikaye, duygusal hikayeler, kısa hikayeler, ağlatan hikayeler, acıklı hikayeler, gerçek hikayeler, 

Gülten AJDER

Kitap okumayı seven insanlar daha zeki ve daha başarılı olurlar. Bende bu yüzden kitap okumayı sevdirmek istedim bu site ile. Gizli kalmış bütün bilgilerin kitaplarda saklı olduğuna inandığımdan, kültür seviyemizi yükseltmek, bilgi hazinemizi daha da zenginleştirmek, gizli yeteneklerin ortaya çıkmasına destek olabilmek için, okusun yazsın benim ülkemin insanları diye bir işin ucundan tutmak isteyen birisiyim.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu