Kıymetli Yazarlarımızdan SeçmelerQayıbova Aytac  

Hikaye Oku “Dəftərdəki Ömür” 2. Bölüm

Hikaye Oku

Hikaye Oku “Dəftərdəki Ömür” 2. Bölüm

II Hissə

Kərim, Kərim mənim həyatıma daxil olan zaman cəmi 20 yaşım vardı. Elə də böyük yaş fərqimiz yoxuydu əslində. Məndən 5 yaş böyük idi amma biz hələ təzə tanış olan vaxtı Kərim deyirdi ki, mən səndən çox böyüyəm, sən hələ balacasan. Sözün düzü məni uşaq kimi görməyi əvvəllər heç xoşuma gəlmirdi. 20 yaşım vardı və keçən o 20 ilə neçə 20-lər sığışdırmışdım mən. Yaşım yaşadıqlarımın yanında əlbəttə cılız qalırdı amma Kərim bunları bilmədən məni balaca hesab edirdi. İlk tanışlığımızda, ondan heç xoşum gəlmirdi, desəm absurd olar. Axı bütün qəhrəmanlar belə olurdu. Eşqləri ya ilk görüşdə davayla başlayırdı ya da, ilk görüşdəki vurulma ilə. Bizdə belə olmamışdı. Əslində ən böyük möcüzəm o idi deyə bilərəm. Həyatımdan əvvəl yuxularıma girmişdi Kərim. Hə, bu heç ağlabatan görsənmir amma həqiqətən də belə olmuşdu..

Ən ağır sancıdan daha kəskin idi, dediyim o qasırğanın ilkindən yenicə çıxdığım zamanlar idi. Daha doğrusu, o qasırğadan hələ cəmi 4 il keçmişdi. Normalda 4 il üçün bir igidin ömrü, deyilir ancaq mənim üçün dünənmiş kimi gəlir, başımı qatmağa nəsə tapmayanda yanğısı şiddətlənirdi. Tələbəydim, çox da yaxşı oxuyurdum. Bunu söz yaxud tərif kimi demirəm. Hər kəsin xüsusi istedadla doğulduğunu zənn etdikləri tələbənin tək təsəllisinin dəftər-kitablara sığınmaq olduğunu bilmirdi heç kim. Çoxuna sadəcə nəticə maraqlı idi, nəticəni doğuran səbəb isə sadəcə o tələbəni kül edirdi. Nəysə, uzun sözün qısası, mənim oxuduğum kitabların səhifələrində əlfəcinlər yerinə köhnə şəkillər dövr edərdi. Şəkillərdə gülən gözlər, o gözlərin qarşısında isə həmən şəkillərə baxıb ağlayan bir tələbə..

İllərin beləcə keçib getdiyi günlərin birində, köhnə ilin bitimi, yeni ilin başlanğıcında gördüyüm bir yuxunun əsas qəhrəmanı idi Kərim. Tanımadığın simaları, cizgiləri niyə yuxularına qonaq edəsən axı? Bilmirəm, amma indi yuxu deyə rəvayət etdiyim adamla birlikdə 28 ili geridə qoymuşam..

Yazar: Aytac Nüsrət Qayıbova

Bölümler

1

 

hikaye, hikaye oku, hikaye yaz, hikaye okuma, kısa hikaye, kısa hikayeler, duygusal hikayeler, seçme hikayeler, duygusal hikayeler, öykü, kısa öykü, gerçek hikaye, gerçek hikayeler, 

Aytac Nüsrət Qayıbova

Kitap okumayı seven insanlar daha zeki ve daha başarılı olurlar. Bende bu yüzden kitap okumayı sevdirmek istedim bu site ile. Gizli kalmış bütün bilgilerin kitaplarda saklı olduğuna inandığımdan, kültür seviyemizi yükseltmek, bilgi hazinemizi daha da zenginleştirmek, gizli yeteneklerin ortaya çıkmasına destek olabilmek için, okusun yazsın benim ülkemin insanları diye bir işin ucundan tutmak isteyen birisiyim.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu