Aşk HikayeleriQayıbova Aytac  

Güzel Bir Hikaye ‘Bir Eslim Varmış’ 4. Bölüm

Güzel Bir Hikaye

Güzel Bir Hikaye ‘Bir Eslim Varmış’ 4. Bölüm

Bir neçə gün danışması üçün israr etsəm də heçnə demədi. Nə vaxt başımı qatacaq bir şey tapmayıb boş qalsam beynimi o son cümlə: “ Bir gün xəbər gəldi ki, sevdiyim qız ögey anam olub….” məhv edirdi. İsrarlarımın faydasız olduğunu bilirdim əslində. Çünki o çox fərqliydi sadəcə özü istəsə danışardı ya da dinləyərdi, başqa heç nəyə baxmazdı. Yavaş-yavaş tanımağa başlamışdım məncə onu. Bir gecə 2-3 saatlıq yatmaq üçün keçdiyim boş bir palatada yuxunun qollarına təslim etmişdim özümü. Neçə saat keçmişdi bilmirəm ancaq qan-tər içində ağlayaraq oyandığımı yaxşı xatırlayıram. Düşündüm ki bəlkə onun yanına gedim ancaq sonra yatmış olduğunu xatırladım və çarəsizcə səhərin açılmağını gözləməyə başladım. Cəmi yarım saat səbr edə bildim, yatmış olarsa geri qayıdacaqdım. Otağının qapısını açıb içəri keçəndə yerində yox idi. Pəncərənin kənarından “ Yarım saat gec gəldin…” deyə səs gəldi.

Bir anlıq diksinib geri çəkilsəm də “keç otur, danış. Bu gün sıra səndədi”- dedi. Dəfələrlə gələcəyimi hardan bildiyini soruşsam da yenə səs yox idi. Sözünü deyib yenə sükuta qərq olmuşdu. Dərin bir nəfəs alıb, günlər əvvələ qayıtdım, beynimin hücrələrində zamanı o köhnə qatara tərəf çevirdim. Gedəcəyim stansiyaya çatmağıma 5 stansiya qalmış olsa belə, Orxanı gördüyüm andan sonrakı stansiyada düşdüm qatardan. Nəfəs almağı unutmuşdum sanki. Heçnə düşünə bilmirdim. Ancaq daha sonrasında keşkə o qatara heç minməsəydim dedirdəcək o qədər şey oldu ki…

Arxamca Orxan da, düşmüşdü qatardan və mən bunu ancaq oturacaqda oturub özümə gəlməyə çalışarkən fərq etmişdim. Ayağa qalxıb uzaqlaşmaq üçün belə gücüm yox idi daha. Məcbur idim qalıb nə deyəcəyinə qulaq asmağa. Sanki çox gözəl şeylər deyəcəkmiş, çıxıb getdiyi üçün üzr istəyib son bir şans istəyəcəkmiş kimi dərin bir nəfəs alıb bədənimin hər nöqtəsinə sancacağı şüşə parçalarının yerini müəyyənləşdirirdi. Və mən bunu başa düşmək üçün olduqca gecikmişdim..

“Necəsən?”,- dedi mənə. Məni qoyub gedən, 3 il sonra qarşılaşdığım nişanlım mənə “Necəsən?” – dedi sadəcə. Keçən neçə əzab dolu illəri bir kəlməyə sığışdırmağı necə bacardı axı?! Ancaq mən niyə heyrətlənirəm axı, o nələr-nələr etməyi özünə sığışdıra bilən insan idi. Bu onun üçün nəydi ki…

Mənlə tanış olan zaman internat evində böyüdüyünü, ailəsi və keçmişiylə bağlı heç nəyi bilmədiyini və heç vaxt dadmadığı ailə sevgisini, istiliyini ikimizdə ilk dəfə daddığını demişdi. Ancaq, hər biri bir yalanmış. Nəinki ata və anasının varlığını hətta yoldaşı və qızının varlığını da gizləyibmiş…

Həmən an nələr hiss etdiyimi təsvir edəcək sözüm, hərəkətim hətta mimika və jestlərim belə məğlub olub çarəsizliklə bağuşur. Mən o gün ondan yox, özümdən nifrət etdim. Mən necə başqasının həyat yoldaşını, atasını gözləmişəm hər gün. Necə onu nə olursa olsun bağışlayaram demişəm?…

30 saniyəyə kimi hərəkətsizcə baxdım üzünə və son bir cümlə deyərək arxama baxmadan cəld addımlarla və nəfəsimi kəsən, daxilimdəki məğlubiyyətlə dayanan qatara minərək gözlərimi yerə dikdim…

“Necə bu qədər alçala bildin axı,,,”

Yazar: Qayıbova Aytac

Hikayenin Bölümleri

1- Bölüm

2- Bölüm

3- Bölüm

4. Bölüm

5. Bölüm

hikaye, hikaye oku, hikaye okuma, hikaye örnekleri, azerbaycan, azerbaycan hikayeleri, aşk, aşk hikayesi, kısa hikaye, kısa aşk hikayesi,

Gülten AJDER

Kitap okumayı seven insanlar daha zeki ve daha başarılı olurlar. Bende bu yüzden kitap okumayı sevdirmek istedim bu site ile. Gizli kalmış bütün bilgilerin kitaplarda saklı olduğuna inandığımdan, kültür seviyemizi yükseltmek, bilgi hazinemizi daha da zenginleştirmek, gizli yeteneklerin ortaya çıkmasına destek olabilmek için, okusun yazsın benim ülkemin insanları diye bir işin ucundan tutmak isteyen birisiyim.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu